Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2024 09:00
  • A-
  • A
  • A+

Yeniləşən Akademiyanın elmi jurnalları nüfuzlu DergiPark elektron baza reyestrinə daxil edilib

Yeniləşən Akademiyanın elmi jurnalları nüfuzlu DergiPark elektron baza reyestrinə daxil edilib

Son dövrlərdə AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil olunmasını dəstəkləmək məqsədilə onların saytlarının bu bazaların tələblərinə uyğun yaradılması və istifadəsinin təmin olunması üçün tədbirlər görülür.

Artıq həyata keçirilən tədbirlər nəticəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli Ədəbiyyatşünaslıq” jurnalı, Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azərbaycan Riyaziyyat Jurnalı” (Azerbaijan Journal of Mathematics) jurnalı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” (Seismoprognosis observations in the territory of Azerbaijan) jurnalı Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) DergiPark bazasına daxil edilib.

Hazırda Akademiyanın digər elmi nəşrlərinin də DergiParka və başqa bazalara daxil edilməsi üçün işlər davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: