Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2024 09:35
  • A-
  • A
  • A+

Elmin populyarlaşdırılması istiqamətində növbəti mühazirə oxunub

Elmin populyarlaşdırılması istiqamətində növbəti mühazirə oxunub

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova “Mövludnamələr” mövzusunda mühazirə oxuyub.

Alim mühazirəsində müxtəlif azərbaycanlı müəlliflər tərəfindən qələmə alınmış mövludnamə və meracnamələrdən bəhs edib, onlardan nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin may ayı boyunca davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: