Rusiya Federasiyasının Voronej şəhərində Dövlət Meşə-Texniki Universitetinin təşkilatçılığı “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda III Beynəlxalq forum keçirilib.
Forumda Proqram Komitəsinin üzvü kimi Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və Demoqrafiya və Azərbaycanın əhalisi şöbəsinin baş elmi işçisi dosent Etibar Bədəlov iştirak ediblər.
Tədbirdə qlobal dünyada demoqrafik dəyişikliklər, iqtisadi-demoqrafik, coğrafi, siyasi və sosioloji tədqiqatlar, əhaliyə tibbi-demoqrafik proseslərin təsiri insanların reproduktiv sağlamlığı, ailələrə və ailə dəyərlərinə dəstək məsələləri hüquqi, psixoloji və sosial tədqiqatlar, həmçinin müasir geodemoqrafik proseslərin dinamikası sahəsində geniş müzakirələr aparılıb.
Konfransın plenar iclasında professor Z.Eminov “Azərbaycan Respublikasında demoqrafik inkişaf və məskunlaşmanın regional problemləri”, E.Bədəlov isə “Azərbaycan və qonşu ölkələrin şəhər əhalisinin demoqrafik dəyişikliyi” mövzusunda məruzə ilə çıxış edib. Yaxın və qismən uzaq olan 30-a yaxın ölkənin son 50 ildə urbanizasiya prosesləri və şəhər məskunlaşması, aqlomerasiya və meqalopolislərin formalaşması, həmçinin son illərdə baş verən demoqrafik proseslərin inkişaf xüsusiyyətlərini slayd vasitəsilə təqdim edilib.
Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.