Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2024 11:50
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Əziz Sancar AMEA-TÜBİTAK Koordinasiya Mərkəzində olub

Nobel mükafatı laureatı Əziz Sancar AMEA-TÜBİTAK Koordinasiya Mərkəzində olub

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancar AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinə baxış keçirib.

Dünya şöhrətli alim mərkəzin fəaliyyəti barədə məlumat alıb, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin xatirə dəftərinə ilk qonaq kimi ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: