Azərbaycan Milli Elmlər Akademiyasının dəvətilə ölkəmizə səfərdə olan dünyaşöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar “Türk dünyasının qapısı” kimi tanınan Naxçıvan Muxtar Respublikasına gedib.
Dünyaşöhrətli alim səfər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Əziz Sancarın Naxçıvanda olarkən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşməsi nəzərdə tutulur.
Nobel mükafatı laureatı, həmçinin AMEA-nın Naxçıvan Bölməsi ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşəcək.
Qeyd edək ki, Əziz Sancarı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir müşayiət edirlər.