Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2024 14:46
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Əziz Sancar Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

Nobel mükafatı laureatı Əziz Sancar Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancar və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub.

Qonaqları Hüseyn Cavid dünyası ilə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tanış edib. O, Azərbaycan və türk ədəbiyyatında mühüm rolu olmuş Cavid və onun ailəsinə məxsus şəxsi əşyalar, Cavidin kiçik otaqlarının vaxtı ilə böyük qonaqları olmuş Ümummilli lider Heydər Əliyev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Müslüm Maqomayev və s. kimi dahi şəxsiyyətlərdən bəhs edən eksponatlar haqqında məlumat verib.

Qonağa “Cavid hikməti: seçmə aforizmlər” kitabı hədiyyə edilib və xatirə şəkli çəkilib. Əziz Sancar muzeyin xatirə dəftərinə ürək sözlərini yazaraq, ənənəvi - “Tanrı Türkü korusun” devizli imzasını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: