İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Böyük akt zalında Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Sancarla görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib.
Tədbirdən öncə AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin nəzdində “Əziz Sancar şərəf otağı”nın açılışı olub.
Əziz Sancar mərkəzin xatirə dəftərinə ürək sözlərini yazıb.
Daha sonra xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.