AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Şimali Makedoniya, Qostivar, Beynəlxalq Vizyon Universitetində IECESS-in (IECESS 2024) 31 may - 2 iyun - 2024-cü il tarixlərində (https://eclss.org/iecess) Təhsil və Sosial Tədqiqatlar üzrə 4-cü beynəlxalq konqresində “IV. Dünya Sənaye İnqilabı Kontekstində İqlim - İnsan və Etika Probleminin Sosial-Fəlsəfi Təhlili” (Social-Philosophical Analysis of the Climate - Human and Ethics Problem in the Context of the IV World İndustrial Revolution) adlı məruzəsi ilə iştirak edib.
IECESS-in (IECESS 2024) 31 may - 2 iyun - 2024-cü il tarixdə (https://eclss.org/iecess) Təhsil və Sosial Tədqiqatlar üzrə 4-cü beynəlxalq konqresi Beynəlxalq Vizyon Universiteti, Kipr Elm Universiteti, Qranada Universiteti, Buxarest Universiteti, Vilnüs Tətbiqi Elmlər Universiteti, Dauqavpils Universiteti, Gjakova “Fehmi Agani” Universiteti, Abay Kunanbayev adına Qazaxıstan Milli Pedaqoji Universiteti, Roehampton Universiteti, Vytautas Magnus Universiteti, Lahor Qadın Universiteti üçün Kollec və Quarda Politexniki və Poltava Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə baş tutub.
Konqresdə təqdim olunan məruzələr həm avtoreferat, həm də məqalələr kitabında çap olunacaqdır. Bundan əlavə, müvafiq jurnalların nəşr qaydalarına uyğun olaraq, nəşrlər Web of Science-də indeksləşdirilən jurnallarda yayınlanacaq.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Hindistan, Pakistan, İndoneziya, İsrail, İsveç, Belçika, Kipr və ümumilkdə 20 fərqli ölkədən olan iştirakçıların Şimali Makedoniya dilləri, makedoniya, ingilis, polyak, alban və türk dillərində təqdim olunmuş 103 mövzuda məruzə və çıxışları aktuallığı ilə maraq doğurur və elmin inteqrasiyası missiyasına xidmət edir.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın aktual mövzuda məruzəsi maraqla qarşılanıb. Ona Makedoniya, Qostivar, Beynəlxalq Vizyon Universitetinin prorektoru Mensur Nuredinin imzası ilə sertifikat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.