Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2024 12:00
  • A-
  • A
  • A+

Azərbaycanlı mütəxəssislər Avropa Komissiyasının maliyyələşdirdiyi layihənin illik hesabatında iştirak ediblər

Azərbaycanlı mütəxəssislər Avropa Komissiyasının maliyyələşdirdiyi layihənin illik hesabatında iştirak ediblər

Çexiyanın Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunda mikro pikselli fotodiodlar əsasında yeni hibrid PET-MRI hazırlanmasına həsir edilmiş INNMEDSCAN layihəsinin 1 illik hesabatı  baş tutub.

INNMEDSCAN layihəsinin 1 illik hesabatında Avropa Komissiyasından layihə ofiseri Dr. Katarzina Lyzon, layihə koordinatoru prof. S.Lyubchik (LUSAFONA - Portuqaliya), İzzet Baysal Universitetinin qrup rəhbəri prof. Ercan Yılmaz, ETN Radiasiya Problemlərinin İnstitutunun qrup rəhbəri Dr. Fərid Əhmədov, RYTN RİA Nüvə Tədqiqatları Departamentinin qrup rəhbəri Dr. Azər Sadıqov, ÇTU Eksperimental və Tətbiqi Fizika İnstitutunun qrup rəhbəri Dr. Michael Holik, Qərbi Bohemiya Universitetinin qrup rəhbəri Dr. Ondrej Urban və CASCACHUVA-nın qrup rəhbəri Dr. Sergey Lyubchik, konsorsiumun üzvləri və ÇTU Eksperimental və Tətbiqi Fizika İnstitutunun gənc tədqiqatçıları iştirak ediblər.

Görüşdə ilk olaraq ÇTU Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru prof. İvan Stekl institut haqqında və onların iştirak etdiyi layihələr barədə məlumat verib. Daha sonra görüşdə iştirak edən hər bir qrup rəhbəri 1 ildə gördüyü işlər haqqında danışıb. Layihənin bir illik hesabatı Avropa Komissiyasının eksperti tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib.

Daha sonra Eksperimental və Tətbiqi Fizika İnstitutunun laboratoriyaları ilə tanışlıq olub. Hesabatın 2-ci günündə elmi seminar təşkil edilib və seminarda prof. Ercan Yılmaz “Yarımkeçirici cihazları hazırlanma texnologiyası” və Dr. Fərid Əhmədov “Mikropikselli selvari fotodiodlar və onların tətbiq sahələri” haqqında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: