AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına növbəti dəfə baxış keçirib.
Akademik İsa Həbibbəyli Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun əkilmiş ağacların cari vəziyyəti ilə maraqlanıb, onlara mütəmadi olaraq zəruri aqrotexniki qulluğun göstərilməsi ilə bağlı öz tapşırıqlarını verib.
Qeyd edək ki, ölkə başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu Sərəncamdan irəli gələrək AMEA-da silsilə tədbirlər, konfranslar, maarifləndirmə işləri, ağacəkmə aksiyaları həyata keçirilir və atılan addımların ilboyu davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.