Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.07.2024 10:00
  • A-
  • A
  • A+

Azərbaycanda Atatürk Mərkəzindən MEK-ə nəşrlər daxil olub

Azərbaycanda Atatürk Mərkəzindən MEK-ə nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanda Atatürk Mərkəzi tərəfindən 86 sayda müxtəlif mövzularda dəyərli nəşrlər təqdim edilib.

Daxil olan nəşrlər sırasında Atabəy Barışın “Atatürklər ölməz”, Kənan Çarboğanın “Turan eşqi”, Engin Köklüçinarın “Cəmiyyətə həsr olunmuş illər: Akkan Suver”, Hacı Bayram Arslantaşın “Anadolumdan doymadım”, Qismət Cəfərov və Səmra Həsənzadənin “Ümumi dilçilik modelləri”, Rahid Uluselin “Bir qalanın bürcləri”, Aysel Qəriblinin “Azərbaycan təriqət şeirinin leksikası”, Qismət Cəfərovun “Ümumi dilçilik etüdləri”, Sabir Şahtaxtının “Türksoy – 25: Şərəfli yolun astanasında”, Dursun Kuveloğlunun “Şahsənəm” romanı, Güləmail Muradın “Zəka çırağı”, Vaqif Nəsib Sarıhüseynoğlunun “Bozarmış illər”, Ələsgər Talıboğlunun  “Ayrılığın daş yuxusu” və “Dərdə səpilən toxumam” şeirlər toplusu, Azər Turanın “Türkün atası Alp Ər Tonqa”, Azərbaycanda Atatürk Mərkəzinin sədri Nizami Cəfərovun müəllifi olduğu  “Multidissiplinar dilçilik”, “Biblioqrafik məlumat kitabı”, “Türkşünaslıq və Azərbaycançünaslığın dialektikası”, Mehmet Akif Turalla həmmüəllifi olduğu “Atatürkün Azərbaycan siyasəti (öz dili ilə)”, “Hidayət” kimi bədii və elmi tədqiqat əsərləri mövcuddur.

Sözügedən nəşrlər türkologiya, Azərbaycan dili tarixi, Azərbaycan türkcəsinin milliləşməsi, Azərbaycanşünaslığın əsasları, qədim türk xalqlarının ədəbiyyat tarixi və müasir ədəbi proseslərlə bağlı problemlərini tədqiq edən araşdırmaçılar, ümumiyyətlə, dilçilik sahəsi ilə maraqlananlar üçün qiymətli mənbələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: