Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.08.2024 15:37
  • A-
  • A
  • A+

“Saçları səməni oğlan” tamaşası Rusiyada nümayiş olunacaq

“Saçları səməni oğlan” tamaşası Rusiyada nümayiş olunacaq

Avqustun ortalarında Rusiya Federasiyasının Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində “Biz eyni olmamalıyıq” adlı xüsusi tamaşaçılar üçün IX Beynəlxalq Təhsil Teatrları Festival-Forumu və “Nağıllar karuseli” V Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

Hər iki tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru, Azərbaycanın Xalq artisti Şirzad Abutalıbov və AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Haqverdiyev iştirak edəcək.

Tamaşa və səfərlə bağlı “Bakinski raboçi” qəzetində tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin müsahibəsi dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: