Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) və Bolqarıstanın Ruse Angel Kanchev Universiteti tərəfindən 2024-cü ilin fevral ayında Avropa Komissiyasının Erasmus+ tələbə mübadilə proqramına təqdim edilmiş ERASMUS+ (Action KA131) proqramının “Ali təhsil tələbələri və işçi heyəti üçün mobillik” layihəsi qalib layihələrin siyahısına daxil edilib.
Layihənin koordinatoru İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayevdir.
Qeyd edək ki, 2024-2026-cı illəri əhatə edəcək layihənin şərtlərinə əsasən, sözügedən ölkələr arasında tədris, təhsil və ya təcrübə mübadiləsi həyata keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.