Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
30.09.2024 11:28
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşı Bəhruz Əhədov ABŞ-nin Kaliforniya ştatının Anaheim şəhərində keçirilən nüfuzlu “Geological Society of America Connects 2024” konfransında iştirak edib.

Bu beynəlxalq tədbir, geologiya və yer elmləri sahəsində dünyanın hər yerindən gələn alim və aparıcı mütəxəssisləri bir araya gətirərək, elmi müzakirələr və araşdırmaların mübadiləsi üçün geniş imkanlar yaradıb.

Bəhruz Əhədov konfransda Xəzər dənizinin azalan su səviyyələri və sahil dinamikasına dair ən son tədqiqatlarını təqdim edib. Onun tədqiqatı, Xəzər dənizindəki sahil dəyişikliklərinin və su səviyyəsinin kosmik texnologiyalar vasitəsilə monitorinqinə həsr olunub. Xüsusilə InSAR texnologiyası və müxtəlif çox sensorlu məlumatların istifadəsi ilə yer səthinin və dəniz səviyyəsinin dəyişikliklərinin təqibi üzrə bu araşdırma, sahənin ilk nümunələrindən biri hesab olunub. Bu innovativ yanaşma, su ehtiyatlarının idarə edilməsi, sahil xətlərinin qorunması və iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına böyük töhfə verəcək.

Konfrans müddətində Bəhruz Əhədov geniş elmi müzakirələrdə iştirak edərək, müxtəlif mövzular üzrə həmkarları ilə təcrübə mübadiləsi edib. O, təqdim etdiyi tədqiqat nəticələrinin böyük maraqla qarşılandığını və konfransın ona kosmik texnologiyalar və yer elmləri sahələrində yeni baxışlar və tədqiqat istiqamətləri qazandırdığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: