Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

30.09.2024 14:05
  • A-
  • A
  • A+

Rusiyanın “Turizm və mədəniyyət sənayesi” jurnalında Nizami Muzeyi haqqında geniş materiallar dərc olunub

Rusiyanın “Turizm və mədəniyyət sənayesi” jurnalında Nizami Muzeyi haqqında geniş materiallar dərc olunub

Rusiyanın “Turizm və mədəniyyət sənayesi” adlı populyar turizm jurnalının bu günlərdə işıq üzü görmüş payız buraxılışında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi haqqında geniş materiallar dərc olunub.

Sankt-Peterburqda çapdan çıxan jurnal Nizami Muzeyinin tarixi və bugünü haqda məlumat verən “Odlar yurdunun muzeyi” adlı redaksiya məqaləsi ilə açılır.

Ardınca jurnalın baş redaktoru, əslən Bakıdan olan Anatoli Kovalyovun muzeyin direktoru akademik Rafael Hüseynovla maraqlı müsahibəsi yer alıb.

“Azərbaycan mədəniyyətinin panteonu” sərlövhəli müsahibədə Nizami Muzeyində qorunan və çoxəsrlik yaşı olan nadir eksponatların timsalında ədəbiyyat və mədəniyyətin xalqları və ölkələri yaxınlaşdıran ən vacib körpülərdən biri olması haqda maraqlı tarixi səhifələr vərəqlənir.

Hər iki yazını muzeyin müxtəlif zallarında çəkilmiş əlvan illüstrasiyalar bəzəyir.

Qeyd edək ki, 2000-ci ildən nəşr olunan “Turizm və mədəniyyət sənayesi” jurnalı ixtisaslaşmış nəşrdir və ildə iki dəfə çapdan çıxır. Akademik Rafael Hüseynovun həmin jurnalda dərc olunmuş müsahibəsi yaxın günlərdə Azərbaycan dilində ölkə mətbuatında da yer alacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: