Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2024 15:50
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun nəşrləri X Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Əlyazmalar İnstitutunun nəşrləri X Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

AR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşrləri də nümayiş olunur.

Azərbaycan Milli Elmlər Akademiyası üçün ayrılmış xüsusi stenddə Əlyazmalar İnstitutunun ümumilikdə 30 kitabı sərgilənir ki, onların içərisində 20 monoqrafiya, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən “Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi” çərçivəsində işıq üzü görmüş yeni nəşrlər və materiallar öz əksini tapıb.

Qeyd edək ki, sərgini ziyarətçilərə Əlyazmalar İnstitutunun Kitabxana müdiri Briliant Hacıyeva, baş kitabxanaçısı Lalə Hüseynova və kitabxanaçısı Firuzə Həmidova təqdim edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: