AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentinin xidmətində baş mütəxəssis Zeynəb Həcəmova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən respublika elmi-praktik konfransında iştirak edib.
Tədbirdə “Prezident İlham Əliyev və Azərbaycanda dini ali təhsil” mövzusunda məruzə ilə çıxış edən Zeynəb Həcəmovanın tolerantlıq və multikulturalizm məkanı olan ölkəmizdə dövlət başçısının dini etiqad məsələlərinə nümunəvi və tolerant münasibətini əks etdirən faktlar və sosial-dini strukturun ölkənin gələcək milli özünüdərk perspektivinə çevrilməsi istiqamətindəki apardığı təhlil və təklifləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konfransın yekununda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edib.
Sonda məruzəçiyə sertifikat təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.