Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.10.2024 09:30
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi respublika konfransında məruzə edib

Əlyazmalar İnstitutunun alimi respublika konfransında məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova Azərbaycan İlahiyyat İnstitutunda keçirilmiş “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda məruzə edib.

Dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda Zəkiyyə Əbilova “Bizə hansı elmlər lazımdır?” adlı məruzə ilə çıxış edərək mövzuya dair fikir və mülahizələrini bölüşüb. Alim konfransda fəal iştirakına və ilahiyyat sahəsində verdiyi töhfələrə görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.

 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: