AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Vətən müharibəsinin şəhid hərbçiləri Elşən Müslümov, Natiq Baxşəliyev və İsa Məhərrəmovun şəhadətlərinin ildönümündə II Fəxri xiyabanı ziyarət edənlərin sırasında olublar.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun iştirakı ilə keçirilən anım mərasimində şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, məzarları önünə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, MEK rəhbərliyi və əməkdaşları tərəfindən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirələri ehtiramla yad olunur, qazilər və şəhid ailə üzvlərilə mütəmadi görüşlər keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.