Xəbər verdiyimiz kimi, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar hesabına Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.
Sözügedən xəbər Türkiyənin “konyabakis” “haberiniz.com”, “ankhaber”, “adanamasasi, “guvengazetesi”, “yesiligdir”, “gazetekars”, “tum1haber”, “turkyolu.org”, “liderhaber”, “kastamonuguncel”, “basinpress”, Şimali Kipr Türk Respublikasının “kibrishaberajans”ında geniş şəkildə işıqlandırılıb.
Xəbərlərdə AMEA-nın Rəyasət Heyətinin qərarının Türk dünyasının birliyinin möhkəmlənməsinə, mədəni inkişafının sürətlənməsinə töhfə verəcəyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.