Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov 28-29 oktyabr 2024-cü il tarixlərində Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupunun üzvü olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən işçi qrupunun iclasında, həmçinin “Azərbaycan sağlamlıq turizmi konfransı inkişaf imkanları” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfrans ölkəmizin sağlamlıq turizmi imkanlarının genişləndirilməsi, sağlamlıq və tibbi turizm potensialından səmərəli istifadə, xarici və yerli turistlərin mövcud potensialdan faydalanması üçün xarici ölkələrin təcrübələrinin mənimsənilməsi məqsədilə təşkil olunub.
Konfrans bu sahə üzrə qabaqcıl beynəlxalq təcrübənin və yerli potensialın rəqabət qabiliyyətinin öyrənilməsi, araşdırmaların nəticəsinə uyğun ölkəmizdə sağlamlıq turizminin inkişafı ilə bağlı fəaliyyət planının hazırlanması, beynəlxalq sertifikatlaşma tələblərinə uyğun keyfiyyətin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi baxımından faydalı olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.