Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tanınmış riyaziyyatçı alim
13.11.2024 12:15
  • A-
  • A
  • A+

Tanınmış riyaziyyatçı alim

“Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Arif Babayev Azərbaycanın fitri istedada malik görkəmli riyaziyyatçılarından biri və eyni zamanda peşəkar pedaqoq idi.

Babayev Arif Əliheydər oğlu 1934-cü il noyabrın 11-də anadan olmuşdur. 1957-ci ildə Azərbay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fa­kül­təsini riyaziyyat ixti­sası üzrə bitirmişdir.

1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiya­sını müda­fiə etmişdir. 1976-cı ildə AEA-nın müxbir üz­vü seçilmişdir. Azərbay­can Dövlət Universi­teti­nin Mexanika-riyaziyyat fakültəsində mü­əl­lim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalış­mışdır.

A.Babayev qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yega­nəliyi haqqında bir sıra yeni teoremlər isbat etmiş, qeyri-hamar qapalı inteq­rallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş, xətti və qeyri-xətti sinqul­yar inteqral tənliklərə tətbiq etmişdir. Açıq əyri üzrə Koşi nüvəli sin­qul­yar inteqral operatorun tədqiqi üçün yeni üsul vermişdir ki, bu üsul əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yara­dılmışdır. Koşi tipli inteqral və qeyri-hamar qapalı düzləndirilə bilən əyri üzrə sinqulyar inteqral haqqında klassik Plemel-Privalov problemini həll etmişdir. Sinqulyar inteqralın və bu inteqralın təsir etdiyi fəzaların diskret analoqları, həmçinin bu anlayış­la­rın qeyri-xətti sinqulyar inteqral tənliklərin təqribi həllinə tətbiqləri veril­mişdir.

Bilavasitə iştirakı və rəhbərliyi altında qeyri-xətti sinqulyar inteqral tənlik­lərin lokal nəzəriyyəsi, bu tənliklərin təqribi həlli üsulları, oblast üzrə çoxölçülü sinqulyar inteqral operatorlar və tənliklərin lokal nəzəriyyəsi inkişaf etdirilmiş və funksional fəzaların daxilolma teoremlərinə və s. tətbiq edil­mişdir.

A.Babayevin rəhbərliyi altında 40-dan çox namizədlik və doktorluq disser­tasiyası müdafiə edilmişdir.

A.Babayev “Şərəf nişanı” ordeni (1976), Əməkdar elm xadimi (1992) fəxri adı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Arif Babayev 1998-ci ildə Bakıda vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: