Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.01.2016 14:49
  • A-
  • A
  • A+

Məktəblilər AMEA-nın fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar

Məktəblilər AMEA-nın fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AR Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə məktəblilər AMEA-nın fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Sərgidə Sabunçu rayon Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin 8-11-ci sinif şagirdləri iştirak edib. 30-a yaxın məktəbliyə AMEA-nın institut və təşkilatlarında müxtəlif elm sahələri üzrə əldə olunmuş mühüm tədqiqatların nəticələri, həyata keçirilən innovativ layihələr haqqında məlumat verilib. Şagirdlər onları maraqlandıran mövzularla bağlı ətraflı informasiya əldə ediblər.

AMEA-nın elmi müəssisələri, regional bölmə və elmi mərkəzlər, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə təqdim edilən eksponatlar məktəblilər tərəfindən maraqla qarşılanıb. Sərgi ilə bağlı xoş təəssüratlarını bölüşən şagirdlər ilk dəfədir ki, bu cür elmi sərgidə iştirak etdiklərini bildiriblər.

Sərgi zamanı şagirdlərə institut və təşkilatların fəaliyyətini əhatə edən bukletlər paylanılıb. Daha sonra şagirdlərin “TUSİ-BOHM Planetarium”a ekskursiyası təşkil olunub.

Sərginin sonunda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və məktəbin müəllim-şagird heyəti xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: