Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent Ülkər Səmədovanın elmi məqaləsi Q1 indeksli jurnalda dərc olunub.
“İşığın görmə diapazonunda CO2 qazının fotokatalitik reduksiyasi üçün yeni perovskit materialın təcrübi və nəzəri yolla tədqiqi” adlı məqalə impafoktoru 13 olan “Small” adlı jurnalda çap olunub. Ü.Səmədova həmin məqalənin əsas müəllifidir.
Qeyd edək ki, Fizika İnstitutunun əməkdaşı Ülkər Səmədova Çinin Çenqdu şəhərində yerləşən Çin Elektron Elmlər və Texnologiyaları Universitetində foto və elektrokataliz istiqamətində karbon neytrallığına doğru elmi tədqiqat işləri aparır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.