2024-cü ilin yanvar ayında İspaniyanın Jaume universitetinin riyaziyyatçı alimləri Sergio Macario və Juan Font öz məqalələrində Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, professor Vüqar İsmayılovun f-r.e.n. Namiq Quliyevlə birgə aldığı nəticəni heyrətamiz nəticə (striking result) adlandırmaqla yanaşı, həmin nəticədən əsaslı şəkildə istifadə etmişlər.
Professor Vüqar İsmayılov il ərzində 5 dəfə dünya, Avropa və Yaponiya neyron şəbəkələr cəmiyyətlərinin rəsmi jurnalı “Neural Networks” jurnalının rəyçisi olmuşdur.
Alimin Kolmoqorov neyron şəbəkələri haqqında məqaləsi “ArXiv Spotlight” internet resursu tərəfindən tanınmış arXiv.org bazasından seçilmiş süni intellekt üzrə 5 ən maraqlı məqalə arasında yer almışdır (Top 5 Engaging arXiv Papers).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.