Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutuna Sumqayıt İdrak liseyinin bir qrup şagirdinin ekskursiyası təşkil olunub.
Ekskursiyada məktəbin rəhbərliyinin müraciətinə əsasən kimya fənninə xüsusi marağı olan 12 şagird iştirak edib. Ekskursiya zamanı institutun Makromonomer əsaslı polimer materiallar, Elektro- və bioaktiv роlimеr materialları laboratoriyalarında və Fiziki - kimyəvi analiz şöbəsində istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri haqqında məlumatlar verilib, məktəblilərin maraqlarına uyğun əyani tərcübələr nümayiş olunub, onların sualları cavablandırılıb. İnstitutun tarixi, alimləri və nailiyyətlərindən bəhs edilib.
Gənc nəslin elmə marağını artırmaq məqsədilə təşkil olunan ekskursiya elm və təhsilin inteqrasiyası, elmin təbliği, məktəblilərin elmi-tədqiqat işlərinə maraqlarının artırılması, istedadlarının aşkar edilərək inkişaf etdirilməsi və gələcək peşələrinin seçimi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Görüşün sonunda məktəbin müəllimi və ekskursiyanın təşkilatçısı Çimnaz Qurbanova şagirdlərin nəzəri biliklərini əyani şəkildə görmələrinə şərait yaradıldığı üçün institutunun rəhbərliyi və kollektivinə xüsusi minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.