Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.12.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan alimləri Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyevİ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində təşkil olunmuş “Qubkinskiye çteniya” adlı Beynəlxalq konfransda iştirak edib.

Tədbirin plenar iclasında alimin “Karbohidrogenin bərpa olunan ehtiyatları: fərziyyələr və reallıq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə İbrahim Quliyev və universitetin “Neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları” kafedrasının müdiri, professor Vaqif Kərimovun müştərək tədqiqatlarının nəticələri öz əksini tapıb.

Konfransda Geologiya İnstitutunun “Hövzə modelləşdirilməsi və geotexnologiyaları” şöbəsinin kiçik elmi işçisi Rəqsanə Əsgərova isə “Neftçala neftli-qazlı yatağının 3D litofasial modeli” mövzusunda məruzə ilə çıxış edib. Gənc alim ezamiyyət müddətində universitetin Neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasında cihaz və avadanlıqlarla da tanış olub.

Qeyd edək ki, alimlər tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycan nefti” layihəsinin icrası çərçivəsində qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: