Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın fiziki coğrafiyası” kitabı Moskvada nəşr edilib
24.12.2024 12:38
  • A-
  • A
  • A+

“Azərbaycanın fiziki coğrafiyası” kitabı Moskvada nəşr edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazərin Lomonosov adına Moskva Dövlət Universitetinin "MAXS Press" nəşriyyatında “Azərbaycanın fiziki coğrafiyası” dərslik vəsaiti nəşr edilib.

Rus dilində çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, g/m.e.d. Tələt Kəngərli, rəyçilər - c.e.d. M.Ə.Abduyev, c.e.d. professor İ.İ.Mərdanov, c.e.d. Y.N.Tağıyeva, BDU-nun baş müəllimi İ.F.Rakçeyeva-Aktoprakdır.

Dərs vəsaitində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, ərazisi, oroqrafiyası, geomorfoloji və geoloji strukturu, faydalı qazıntıları, iqlimi, hidrologiyası, torpaqları, flora və faunası ətraflı tədqiq edilib. Əsərdə ekzogen proseslərə, landşaftlara, Xəzər dənizinə, ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirib, ilk dəfə olaraq ölkə ərazisinin fiziki-coğrafi rayonlaşdırılması verilib. Vəsait çoxsaylı qrafik materiallarla zəngindir.

Dərs vəsaiti coğrafiya, geologiya, ekologiya sahəsinin tədqiqatçıları, tələbələri və geniş spektrli mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: