Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru Günel İmanovanın “Taylor and Francis CRC Press” nəşriyyatında “Hydrogen production by water splitting, storage and transportation” adlı kitabı nəşr olunub.
Kitabda hidrogenin alınması sahəsində Günel İmanovanın Radiasiya Problemləri İnstitutunda uzun illər apardığı elmi tədqiqatların nəticələri və dünya ədəbiyyatında son illər bu sahədə nəşr olunan qabaqcıl alimlərin əsərlərinin xülasəsi verilib.
Radiasiya-heterogen proseslərdə nanozərrəciklərin iştirakı ilə baş verən kimyəvi reaksiyalarda suyun parçalanması və molekulyar hidrogenin yaranmasının qanunauyğunluqları, habelə hidrogenin saxlanması və nəqli məsələləri öz əksini tapıb. Kitabın həmmüəllifləri olan professor İmran Ali və professor Al Arsh Basheer ilə dosent Günel İmanova son illər səmərəli elmi əməkdaşlıq edir. Bu sahədə həmmüəlliflərin son illər çox sayda birgə məqalələri “Scopus” və “Web of Science” bazalarına daxil olan yüksək impakt faktorlu jurnallarda nəşr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.