Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.06.2025 15:37
  • A-
  • A
  • A+

AMEA alimləri Naxçıvan Dövlət Universitetində mühazirə oxuyublar

AMEA alimləri Naxçıvan Dövlət Universitetində mühazirə oxuyublar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya və Beynəlxalq Münasibətlər və Hüquq fakültələrinin tələbələri qarşısında “Heydər Əliyev və Azərbaycanın dövlətçilik tarixi və tarixşünaslığı” mövzusunda mühazirə oxuyub.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli məruzəsində Naxçıvan Muxtar Respublikasında apardığı arxeoloji qazıntılardan, xüsusilə Xarabagilandakı tədqiqatlarının nəticələrindən ətraflı danışıb. Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarlı fakültənin 1975-ci il məzunları ilə görüş çərçivəsində belə mühazirələrin dinlənməsinin əhəmiyyətini vurğulayıb.

Məzunları Naxçıvan Dövlət Universitetinin rektoru, professor Elbrus İsayev qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: