Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Türkiyədə ezamiyyətdə olublar
24.12.2024 13:25
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Türkiyədə ezamiyyətdə olublar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları labo­ra­toriyasının əməkdaşları Həcər Aslanova və Cəmilə Quliyeva 16-21 dekabr tarixlərində Türkiyənin İstanbul Universitetinin Əczaçılıq fakültəsinin Analitik Kimya Bölməsinin əməkdaşı prof. Dr. Zeynep Aydoğmuş ilə görüşlər keçiriblər.

Səfər çərçivəsində universitetin Analitik kimya laboratoriyasındakı müasir avadanlıqlarla tanış olublar. Bundan əlavə, əldə etdiyikləri təcrübi nəticələrin İnduktiv Birləşdirilmiş Plazma Kütlə Spektrometriyası (ICP-MS) üsulu ilə təhlili həyata keçirilib və laboratoriyanın əməkdaşları ilə aparılan tədqiqatlar barədə geniş müzakirələr aparılıb.

Ezamiyyət müddətində baş tutmuş məhsuldar görüşlər zamanı qarşılıqlı elmi əməkdaşlığın davam etdirilməsi və gələcəkdə birgə tədqiqatların inkişaf etdirilməsi barədə razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: