Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni proqram şifahi nitqi vizual təsvirə çevirir
03.02.2016 10:19
  • A-
  • A
  • A+

Yeni proqram şifahi nitqi vizual təsvirə çevirir

WordsEye şirkəti tərəfindən səlist şifahi nitqi vizual təsvirlərə çevirən proqram işlənib hazırlanıb. Yeni proqramın texniki imkanları sırasına nitq hissələrindən isim, sifət və sayların tanınması daxildir.

Qeyd edək ki, müəlliflər hələlik proqramın hərəkəti ifadə edən feilləri tanımaq imkanına nail ola bilməyiblər. Ona görə də hərəkət elementlərini şəkil vasitəsilə əks etdirmək qeyri-mümkündür. Müəlliflər yaratdıqları proqramı "sürrealist parçalarının yaradılması üzrə dəzgah" kimi qələmə verirlər.

Proqramın hədəflərinə - yaradıcı şəxslərə qeyri-adi ideya və obrazların təcəssümü, xarici dilin əyləncəli şəkildə öyrənilməsi, psixoterapiyada şüurla əlaqəli bəzi xəstəliklərin üzə çıxarılması daxildir.

www.1000ideas.ru

  • Paylaş: