Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin iclası keçirilib
27.01.2025 10:23
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin iclası keçirilib.

İclasda AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri iştirak ediblər. İclası giriş sözü ilə açan AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi. Sənan Həsənov bildirdi ki, 2024-cü ildə AMEA Azad Həmkarlar İttifaqı əməkdaşların, xüsusən də həssas qrupa aid olanların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması, maddi problemlərinin aradan qaldırılmasına dəstək olunması, istirahətlərinin təşkili, əməyin stimullaşdırılması və s. istiqamətlərdə çoxsaylı fəaliyyətlər həyata keçirib.

Daha sonra o, iclas iştirakçılarına 2025-ci il üçün iş planı haqqında geniş məlumat verdi. Sənan Həsənov qeyd etdi ki, 2024-cü ildə uğurla həyata keçirilən sosial yönümlü fəaliyyətlərin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubileyidir. 2025-ci ilin iş planında bu yubileylə bağlı tədbirlərin təşkili, çoxillik iş təcrübəsinə malik əməkdaşların təltif edilmələri nəzərdə tutulub. Eyni zamanda, iş planında cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstutusiya və suverenlik ili” elan etməsi və bundan irəli gələn məsələlərin həlli də xüsusi olaraq nəzərə alınıb. İllik iş planı haqqında geniş və məzmunlu şəkildə məlumat verən Sənan Həsənov iclas iştirakçılarından bu məsələ ilə bağlı fikir və təkliflərini bildirmələrini xahiş etdi.

Daha sonra iclasda iştirak edən Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri Şəhla Əmirova, Aynur MahmudŞövqü Həsənov, Asya Əhmədova, İlham Əliyev və Nizami Vəliyev çıxış edərək illik iş planı ilə bağlı fikirlərini və əlavə təkliflərini bildirdilər. Qeyd olundu ki, müzakirəyə təqdim olunan iş planı AMEA Azad Həmkarlar İttifaqının bütün fəaliyyət və məsuliyyət sahələrini tam əhatə edir. İş planında AMEA prezidenti, akademik İsa Həbibbəylinin əməkdaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni çağırış və tələblərinin nəzərə alınması onun günün tələbləri əsasında tərtib edilməsinin bir göstəricisidir. Çıxış edənlər illik iş planına öz təkliflərini də bildirdilər. Bu təkliflər ətrafında geniş və məhsuldar fikir mübadiləsi, dəyərləndirmələr aparıldı.

İclasın sonunda irəli sürülən təkliflərin bir çoxunun illik iş planına əlavə edilməsi məqsədəuyğun sayıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: