Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev informasiya təhlükələri ilə bağlı müsahibə verib
27.01.2025 12:46
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev informasiya təhlükələri ilə bağlı müsahibə verib

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “TV1” veb-saytının “Bakı vaxtı” verilişinin qonağı olub.

R.Alıquliyev “İnformasiya təhlükəsindən necə qorunmalı?” mövzusuna həsr olunmuş verilişdə informasiya bollluğu, informasiyanın cəmiyyətdə rolu, müsbət və mənfi təsirləri və s. ilə bağlı sualları cavablandırıb.

Alim tarixdə baş verən informasiya inqilabları haqqında məlumat verib, gündən-günə artan informasiya bolluğu şəraitində baş verən informasiya selinin müasir dövrdə böyük verilənlərlə bağlı çoxsaylı problemlərə səbəb olduğunu diqqətə çatdırıb, bu problemlərin həlli məqsədilə tətbiq olunan süni intellekt texnologiyalarından söz açıb.

R.Alıquliyev çıxışında həmçinin informasiya asılılığı problemləri, uşaqların İnternetdə müxtəlif təhlükələrdən qorunması məsələləri ilə bağlı danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: