Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2026 19:18
  • A-
  • A
  • A+

AMEA-nın gənc alim və tədqiqatçıları “Zəfər Nəsli” Gənclər Forumunda iştirak edib

AMEA-nın gənc alim və tədqiqatçıları “Zəfər Nəsli” Gənclər Forumunda iştirak edib

8 Noyabr – Zəfər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Zəfər Nəsli” Gənclər Forumu keçirilib.

Forumun əsas məqsədi Azərbaycanın tarixi Qələbəsinin mahiyyət və əhəmiyyətini gənc nəslə daha dərindən aşılamaq, Zəfəri mümkün edən siyasi, hərbi, diplomatik və ictimai amilləri müxtəlif aspektlərdən təhlil etmək, eləcə də milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsində gənclərin rolunu müzakirə etmək olub.

Forumun açılış mərasimində Bakı İctimai Xorunun ifasında Dövlət Himni səsləndirilib. Daha sonra Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış ediblər.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə və Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Forumun proqramına uyğun olaraq daha sonra panel müzakirələri təşkil olunub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundovanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Arzu Nağıyev, Hicran Hüseynova, Nigar Arpadarai və AnewZ telekanalının icraçı direktoru Rüfət Həmzəyev iştirak ediblər.

Panel müzakirələrində Azərbaycanın tarixi Zəfərə aparan yolu, dövlətçilik ənənələri və strateji iradəsi, güclü dövlət və ordu quruculuğu, diplomatik fəaliyyətin əhəmiyyəti, informasiya cəbhəsində aparılan mübarizə, milli birlik və xalq-dövlət həmrəyliyi kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrdən sonra gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.

  • Paylaş: