ETN Dendrologiya İnstitutunun təcrübə sahəsində bir çox bitkilərin introduksiyası həyata keçirilir. Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının əməkdaşları bu bitkilərin bioekoloji xüsusiyyətlərini öyrənir və perspektivli növlərin yaşıllaşdırmada istifadəsinin perspektivlik xüsusiyyətini müəyyənləşdirir. Belə bitkilərdən biri də Acacia saligna (Labill.) H.L.Wendl.- Söyüdvari akasiyadır.
Acacia saligna (Labill.) H.L.Wendl. - Söyüdvari akasiyanın vətəni Avstraliyanın cənub-qərbidir. Söyüdvari akasiya Qərbi Avstraliyanın cənub-qərbində, eləcə də Afrika, Cənubi Amerika və Yaxın Şərqdə yayılmışdır. XX əsrin 20-ci illərində İsrailə gətirilib.
Söyüdvari akasiyanın 2-5 metr hündürlükdə kol və ya 5-9 m hündürlüyündə olan kiçik ağacdır, gövdəsinin rəngi qəhvəyi və ya boz, qabığı adətən hamar olur.
Gövdəsi boz, xırda və cavan budaqları çılpaq, mavimtıl rəngli, bir qədər aşağıya meyllidir. Yarpaqları sadə, bütöv, hamar, düz və ya bir qədər əyridir. Rəng - boz-yaşıldan tutqun maviyə qədər, açıq yaşıl rəngə çevrilir. Yarpaq ölçüsü: 8-30 sm uzunluğunda və 0,5-1,4 eni. Yarpaqların forması müxtəlifdir, adətən ensiz, lansetvari, mərkəzi damar və dibində və ya ucunda daralmış nazik ikincili damarlar Gənc bitkilərin adətən daha geniş və dalğalı yarpaqları olur.
Söyüdvari akasiyanın çiçəkləri sarıdır. Martdan aprelə qədər çiçək açır, Çiçəkləri parlaq sarı topları ilə sıx örtülmüşdür. Vəzilər qarışqaları cəlb edən nektar istehsal edir. Meyvələr yetişmiş qəhvəyi lobyadır, uzunluğu 5,5-15 sm və eni 0,5-0,6 sm, hamar, düz və ya bir qədər əyri, yastı, bəzi toxumlar arasında lobya qapaqlarının kənarı bir qədər daralmışdır.
Söyüdvari akasiyası şaxtaya və istiyə davamlı, əhəngli və yoxsul torpaqlarda bitə bilən, şoranlığa həssas, işıqsevər bitkidir. Payızda və ya yazda toxumla çoxaldılır. Gənc bitkilər çox tez böyüyür, bəzən ildə bir metrdən çox olur. Bitkinin toxumları uzunsov, tünd qara rəngdədir.
Söyüdvari akasiya müxtəlif məqsədlər üçün istifadə olunur. Söyüdvari akasiya Afrika, Cənubi Amerika və Yaxın Şərqin quraq ərazilərində sığınacaqlar yaratmaq və torpaq eroziyasının qarşısını almaq üçün istifadə olunur.
Söyüdvari akasiya bitki örtüyünün bərpası, ağac çıxarma sahələrinin dirçəldilməsi, aqromeşə təsərrüfatı, heyvan yemi və bəzək bitkisi kimi istifadə olunur.
Söyüdvari akasiyanın toxumları Türkiyədən gətirilmişdir. Fevral ayının I ongünlüyündə (05.04.2024) Saray Təcrübə sahəsində əkilmişdir. 200 ədəd toxum sahəyə səpilmişdir. Cücərmə faizi və enerjisi hesablanmışdır. 200 ədəd toxumdan 180-ı cücərmişdir. Cücərmə faizi 90% olmuşdur. Aprel ayının II ongünlüyündə ləpə yarpaqları, may ayının I ongünlüyündə əsl yarpaqlar əmələ gəlmişdir. Ləpə yarpaqları əsl yarpaqlar əmələ gələnə qədər bitkidə assmilyasiya proseslərin həyata keçirməyə xidmət edir.
Söyüdvari akasiyanın 3 aylıq cücərtilərinin hündürlüyü 18-25 sm, kök sisteminin uzunluğu 8-15 sm olmuşdur.
Söyüdvari akasiyanın 8 ayında tinglərin sayı 150 ədəd olmuşdur. Bitkinin uzunluğu fərdlərdən asılı olaraq 1-2 m olur. Oduncağı tam formalaşmadığından Sarayda əsən güclü küləklərdən çətiri bir tərəfə əyilmişdir.
Yarpaqlarının forması müxtəlifdir. Əsasən uzunsov, lansetvaridir söyüdün yarpaqlarını xatırladır. Ona görə də bu növü söyüdvarı akasiya adlandırırlar. Qaidə hissəsi enliləşmiş yarpaqlara da rast gəlmək mümkündür. Yarpaqlar tünd yaşıl rəngdə olub aşağıdan yuxarıya doğru yarpaqların ölçüsü müxtəlifdir.
Söyüdvari akasiyanın toxumları Türkiyədən gətirilmişdir. Fevral ayının I ongünlüyündə (05.04.2024) Saray Təcrübə sahəsində əkilmişdir. 200 ədəd toxum sahəyə səpilmişdir. 200 ədəd toxumdan 180-ı cücərmişdir. Cücərmə faizi 90% olmuşdur. Söyüdvari akasiyanın 8 ayında tinglərin sayı 150 ədəd olmuşdur. Bitkinin uzunluğu fərdlərdən asılı olaraq 1-2 m olur. Yarpaqların uzunluğu 15-27 sm, eni isə 1-6 sm arasında dəyişir.
Elnarə SALAHOVA, ETN Dendrologiya İnstitutu Ağac - kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının əməkdaşı b.ü.f.d.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.