Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.01.2025 13:46
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

Fizika İnstitutunda Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinin tərkibində Qazaxstanın müxtəlif təşkilatlarını təmsil edən şəxslər olub. Görüşü institutun baş direktoru, akademik Arif Həşimov açıb. O, ölkəmizin, o cümlədən Fizika İnstitutunun əməkdaşlığa hər zaman açıq olduğunu və Qazaxıstanlı həmkarlarla birgə əməkdaşlığa məmnunluqla hazır olduğunu qeyd edib. Qazaxıstan tərəfini Zhakiyev Nurkhan, Astana İnformasiya Texnologiyaları Universitetinin Elm və İnnovasiyalar departamentinin direktoru Yedilkhan Didar, Ağıllı şəhər tədqiqatlar və innovasiyalar mərkəzinin direktoru Aruzhan Shoman, AgroTech tədqiqatları və innovasiya mərkəzinin direktoru Zhanna Bulkhairova, Qazaxıstan Kənd təsərrüfatı nazirliyi Elm və innovasiya departamentinin direktoru, Kadyrhan Makangali, S.Seifullin adına Universitetin Qazax Agro Texniki Universitetinin dosenti, Ruslan Omirgaliyev, Astana İnformasiya texnologiyaları Universitetinin Elektik departamentinin kompüter baş mühazirəçisi, Astana İnformasiya texnologiyaları Universitetinin AgroTech tədqiqatlar və innovasiya mərkəzinin baş elmi işçisi təmsil edib. Onlar Azərbaycana səfərin məqsədini və ölkəmizlə əməkdaşlığın yaradılmasının Qazaxıstan üçün əhəmiyyətli olduğunu bildiriblər.

Sonda qonaqlar Fizika İnstitutunun bəzi laboratoriyaları ilə tanış olub və aparılan tədqiqatlar haqda məlumatlanıblar.

Görüşdə Fizika İnstitutunun icraçı direktoru Prof. Hüseyn İbrahimov, elmi katib Afət Kərimova, laboratoriya rəhbəri Təranə Nuribəyli, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin rəhbəri Rüstəm Rüstəmov iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: