Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda Pakistanın Kənd Təssərrüfatı Universitetinin Parazitologiya və Mikrobiologiya laboratoriyasının müdiri Dr. Muhammad Ali Shah ilə görüş keçirilib.
Görüşdə icraçı direktor, b.e.d., dos. Elşad Əhmədov və institutun bir qrup əməkdaşları iştirak edib. Qonağa institutun tarixi, elmi fəaliyyəti və parazitologiya sahəsində aparılan tədqiqatlar haqqında məlumat verilib. Həmçinin Parazitologiya və Mikrobiologiya laboratoriyasının müdiri Dr. Muhammad Ali Shah öz ölkəsinin parazit faunası, bu sahədə görülən işlər və əldə olunmuş elmi nəticələr haqqında institutun əməkdaşların məlumatlandırıb.
Görüş zamanı gələcək birgə elmi əməkdaşlıq, elmi tədqiqatlar və nəşrlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.