Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

10.02.2025 09:41
  • A-
  • A
  • A+

MEK-dəki sərgilərlə tanışlıq olub

MEK-dəki sərgilərlə tanışlıq olub

Fevral ayının “Açıq qapı” günlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olan kitabsevərlər buradakı sərgilərə də baxış keçiriblər.

MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov nəşrlərin hər biri haqqında qonaqlara ətraflı məlumat verib.

AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, akademiyanın əməkdaşları, tələbələr və digər qonaqlar MEK-in Sərgi Salonunda Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən daimi sərgilər, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamına əsasən kitabxanada təşkil edilən ənənəvi sərgi və müxtəlif mövzulu ədəbiyyatlarla yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: