Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.
İclası açan institutun baş direktoru akademik Akif Əlizadə gündəliyin təsdiqindən sonra 2025-ci il üzrə elmi-tədqiqat işlərinin əhatəli planı haqqında danışmaq üçün sözü AMEA müxbir üzvü Dadaş Hüseynova verib.
Baş direktorun elmi işlər üzrə müavini Dadaş Hüseynov cari ildə görüləcək elmi-tədqiqat istiqamətində reallaşacaq işlərin əhatəli proqramını təqdim edib. Proqram ətrafında müzakirə aparılıb və təsdiq edilib.
GGİ-nin elmi katibi g-m.e.ü.f.d. Yeganə Lətifova 2025-ci il üzrə Elmi şuranın, Ümumrespublika elmi seminarlarının və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuş lektoriyaların iş planları barədə məlumat verib. Sonra planlar ətrafında müzakirə aparılıb və iclas iştirakçılarının sualları cavablandırılıb.
İclasda, həmçinin GGİ Yerin radioaktiv sahələri şöbəsinin böyük elmi işçisi y.e.ü.f.d. Fərəh Mahmudovanın “Tibbi geologiya sahəsində ETİ proqramının tematik plana daxil edilməsi haqqında” məruzəsi dinlənilib. “Geofiziki, geokimyəvi faktorlar və insan orqanizminin adaptiv fiziologiyası” və “Təbii mənşəli radiasiyanın təsiri və insan orqanizminin adaptiv fiziologiyası” istiqamətində qurulmuş məruzə maraqla qarşılanıb, suallar cavablandırılıb və müzakirələr aparılıb.
Baş direktor akademik Akif Əlizadə institutun elmi və elmi-təşkilati fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı şöbə rəhbərlərinin təkliflərini səsləndirib və müzakirə keçirilib. Təkliflər qismən qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.