Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.02.2025 17:32
  • A-
  • A
  • A+

Fizika İnstitutunda millət vəkili ilə görüş keçirilib

Fizika İnstitutunda millət vəkili ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Rəssamlar İttifaqının üzvü, UNESCO “Yeni era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ülviyyə Həmzəyeva ilə görüş keçirilib.

Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış millət vəkili və Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. O, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pedaqogika nəzəriyyəsi və tarixi üzrə fəlsəfə doktorudur.

Görüşdə institutun baş direktoru akademik Arif Həşimov, icraçı direktor professor Hüseyn İbrahimov, AMEA-nın müxbir üzvü baş elmi işçi Səlimə Mehdiyeva, professor Adilə Abbasova, professor baş elmi işçi Dürdanə Araslı, elmi katib dosent Afət Kərimova iştirak ediblər.

Görüş zamanı Ülviyyə Həmzəyeva Fizika İnstitutunda sərgilərlə tanış olub. İnstitutun fəaliyyətindən məmnunluğunu bildirib. O, Fizika İnstitutunun rəhbərliyini Milli Məclisin fəaliyyəti ilə bağlı keçiriləcək sərgiyə dəvət edib, bir neçə (“İbrahim Safi rəssam impressionist” və Kamil Əliyevin “İlmə-ilmə həyat” adlı kitablarını) rəssamlıq nümunələrini Fizika İnstitutuna bağışlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: