Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2025 16:02
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda növbəti lektoriya keçirilib

Geologiya və Geofizika İnstitutunda növbəti lektoriya keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda ənənəvi lektoriya tədbirinin növbəti toplantısı keçirilib.

İnstitutun baş direktoru akademik Akif Əlizadə cari tədbirin əhəmiyyətindən danışıb və “Filiz geologiyası və petrologiyanın fundamental problemləri: gələcəyə baxış” mövzusunda məruzə üçün sözü g.-m.e.d., professor Nazim İmamverdiyevə verib.

Məruzəçi lektoriya iştirakçılarını maqma haqqında ümumi anlayış təqdim edib, onun kristallaşma şərati, təkamülü barədə izahat təqdim edib. Həmçinin maqmatik süxurların təsnifatı, onların əmələgəlmə səbəblərindən danışıb. Müxtəlif geodinamik şəraitlərdə formalaşan maqmatik süxurlar, filiz yataqlarının təsnifatına müasir yanaşma barədə məlumatlar böyük maraq doğurub. N.İmamverdiyev vurğulayıb ki, maqma çoxfazalı mühitdir, onun tərkibində ərintidən başqa kristallar və onların bitişikləri, yan süxurların ksenolitləri, qaz qabarcıqları iştirak edə bilər. Ərinti və kristalların münasibəti bütün kütlənin hərəkətetmə qabiliyyətini təyin edir: 99 faiz ərinti + 1 faiz kristal maqmadır. Amma 1 faiz ərinnti + 99 faiz kristal maqma deyil.

Alimin hərtərəfli elmi izahı rəngli elektron plkatlarla müşayiət olunub, həmçinin mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb.

Filiz yataqları genezisinin müasir modellərinin ekranda görüntüləri əksəriyyəti gənc alimlərdən ibarət publikada dərin təəssürat yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: