Mart ayının 31-də saat 15:00-da AMEA Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçiriləcək.
Tədbirdə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, g.-m.e.d. T.Məmmədlinin “Seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisində Yer qabığının sürət modelləri” adlı məruzəsi dinləniləcək.
Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.