Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türk Dil Qurumunun başqanı: “XI Bakı Beynəlxalq Kitab Sərgisi xalqlar arasında elmi-mədəni əməkdaşlığı gücləndirir”
01.10.2025 17:38
  • A-
  • A
  • A+

Türk Dil Qurumunun başqanı: “XI Bakı Beynəlxalq Kitab Sərgisi xalqlar arasında elmi-mədəni əməkdaşlığı gücləndirir”

Keçmişi dərk etmək, bəşəriyyəti anlamaq və gələcəyə doğru yön almaq üçün kitablar ən etibarlı və dəyərli qaynaqlardır.

Bu sözləri Türk Dil Qurumunun başqanı professor Osman Mert XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən təşkil olunmuş “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

Professor Osman Mert çıxışında kitabların insan həyatındakı əvəzsiz rolundan bəhs edib. Bildirib ki, sərgidə nümayiş olunan kitabların bir qismi Türkiyə ilə ortaq dəyərləri özündə əks etdirir. “Xüsusilə “Molla Nəsrəddin” kimi əsərlər Türk xalqlarının mədəniyyət tarixi və ortaq milli-mənəvi irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə alim vurğulayıb. Onun sözlərinə görə, bu nəşrlər həm tariximizə işıq salır, həm də gələcəyə baxış imkanı yaradır.

Türk Dil Qurumunun başqanı XI Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, bu kimi mədəni platformaların xalqlar arasında elmi-mədəni əməkdaşlığı gücləndirdiyini bildirib. O, həmçinin Türk Dil Qurumu olaraq beynəlxalq sərgidə iştirakdan məmnunluq duyduqlarını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: