AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Day.Az saytına müsahibə verib.
- Rasim müəllim, zəhmət olmasa, sizin rəhbərlik etdiyiniz institut tərəfindən informasiya texnologiyaları sahəsində həyata keçirilən araşdırmalar barədə məlumat verəsiniz.
- İnstitutun fəaliyyəti özündə informasiya texnologiyaları və informasiya cəmiyyəti sahəsində elmi-nəzəri tədqiqatları birləşdirir. Biz öz fəaliyyətimizi dövlət maraqlarını, onun siyasətini, təhlükəsizliyini və sosial-iqtisadi tələblərini rəhbər tutaraq həyata keçiririk, yəni dövlətimiz üçün mühüm əhəmiyyəti olan aktual elmi problemlər ilə məşğul oluruq.