2021, 2022 və 2024-cü illərdə Türkiyənin Dokuz Eylül Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 6 elm sahəsini (riyaziyyat-statistika, fizika, kompüter elmləri, biologiya, kimya, yer elmləri) əhatə edən ikitərəfli beynəlxalq onlayn elmi seminarlar böyük uğurla keçirilmiş, həmin tədbirin materialları onlayn və çap formasında nəşr edilərək yayılmışdır.
23 dekabr 2025-ci il tarixində 5 elm sahəsini (riyaziyyat, statistika, fizika, kompüter elmləri, biologiya, kimya) əhatə edən növbəti – 4-cü ikitərəfli beynəlxalq onlayn elmi seminarın keçirilməsi üçün hazırlıq işləri aparılır. Seminara Azərbaycandan yuxarıda qeyd edilən elm sahələrinin hər biri üzrə 2 elmi məruzə təqdim edilməlidir.
AMEA-nın müvafiq bölmələrindən və AR Elm və Təhsil Nazirliyinin müvafiq institutlarından xahiş olunur ki, seminarda məruzə edilmək üçün mühüm tədqiqat nəticələrini əks etdirən və qoşmadakı nümunəyə uyğun olaraq hazırlanmış tezisləri (ingilis dilində) 12 dekabr 2025-ci il tarixinə kimi Biologiya və Tibb Elmləri Bölməsinə (biol@science.az) təqdim etsinlər.
TƏŞKİLAT KOMİTƏSİ
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.