Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2025 15:56
  • A-
  • A
  • A+

AMEA-da qanvermə aksiyası keçirilib

AMEA-da qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyinin Respublika Qan Bankının və AMEA-nın birgə təşəbbüsü ilə Akademiyada qanvermə aksiyası keçirilib.

AMEA AHİ-nin təşkilatçılığı ilə keçirilən aksiya Heydər Əliyev Fondunun “Talessemiyasız həyat naminə” proqramı əsasında Konstitusiya və Suverenlik İlinə həsr olunub.

Aksiyada AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və alimləri iştirak ediblər. Aksiyaya qoşulmuş əməkdaşlar bu xeyirxah təşəbbüsü təqdir etmiş, qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın müalicəsinə dövlətimizin qayğısını yüksək qiymətləndirmişlər. Bu istiqamətdə mühüm layihələr həyata keçirən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmiqyaslı layihələrin ardıcıl və davamlı şəkildə keçirildiyini minnətdarlıq hissi ilə qarşılayırlar.

Toplanan qan talessemiyalı, hemofiliyalı və irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın müalicəsinin həyata keçirilməsi kimi xeyirxah işlərin tərkib hissəsi olaraq gün ərzində uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: