Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA prezidenti yanında müşavirə keçirilib
12.12.2025 11:25
  • A-
  • A
  • A+

AMEA prezidenti yanında müşavirə keçirilib

Akademiyanın Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müşavirə keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının şöbə müdirləri iştirak ediblər.

Müşavirədə AMEA-nın elmi müəssisə və təşkilatlarının 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatların gedişatı müzakirə olunub.

Akademik İsa Həbibbəyli artıq bir sıra müəssisələrin hesabatlarını ictimaiyyətə təqdim etdiyini söyləyib və hesabat iclaslarının özünün, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının, eləcə də elmi bölmələrin nümayəndələrinin iştirakı ilə baş tutduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli hesabatların ilkin olaraq şöbə və laboratoriyalarda müzakirə edildiyini, hazırda institutların Elmi şuralarında müzakirəyə çıxarıldığını, növbəti mərhələdə elmi bölmələrin ümumi hesabat iclaslarında, yekunda isə Rəyasət Heyətinin iclaslarında müzakirə olunacağını deyib. Qeyd edib ki, elmi müəssisələrin hesabatları Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə etməli, müasir texnologiyalardan istifadə etməklə hazırlanmalı, müqayisəli cədvəllər, analitik təhlillərlə müşayiət olunmalı, elmi nəticələr cəmiyyətə dolğun və əhatəli şəkildə sərgilər təşkil olunmaqla çatdırılmalıdır.

Müşavirədə qeyd olunan məsələ ilə bağlı AMEA-nın vitse-prezidentləri akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın akademik-katibi akademik Arif Həşimov və Rəyasət Heyəti aparatının şöbə müdirləri filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva və başqaları çıxış edərək fikirlərini bildiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli hesabatların növbəti mərhələdə - AMEA-nın elmi bölmələrində yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: