25 may 2026-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində “Türkoloji qurultaydan bu günə: əlyazmaşünaslığın inkişaf problemləri” adlı respublika elmi-nəzəri konfransı keçiriləcək.
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:
- Türkoloji qurultayın tarixi və elmi irsi;
- Əlyazmalar, mətnşünaslıq və mənbəşünaslıq;
- Filologiya məsələləri;
- Türk tarixi mədəniyyəti və etnologiyası;
- Türk dillərinin tarixi və müasir problemləri.
İştirakla bağlı məlumat və məqalə elektron formada 20.04.2026-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.
Konfrans aşağıdakı mövzuları əhatə edir:
Türkologiya elminin formalaşmasında qurultayın rolu, türkologiyanın aktual problemləri, türk dillərinin tarixi inkişaf mərhələləri türkdillərində yazılmış əlyazmaların tədqiqi, mətnşünaslıq və mənbəşünaslıq problemləri və yeni metodlar, türk xalqlarının tarixi yaddaşı, folklor və etnoqrafiya, türk xalqları ədəbiyyatında qarşılıqlı təsirlər.
Konfransın dili: Azərbaycan dili
Hazırlanacaq xülasə 200 sözü keçməməlidir. Məruzə mətninin ümumi həcmi 5-7 səhifə (12 şrift, 1.5 interval, ədəbiyyat APA 7, sol 3, sağ 1.5, yuxar 2, aşağı 2) olmalıdır (nümunə ilə buradan tanış ola bilərsiniz).
Azərbaycan, ingilis dillərində açar sözlər.
Xülasənin qəbulu aşağıdakı şərtlərə görə aparılacaqdır:
1. Xülasə və məruzə mətni birlikdə qəbul edilir.
2. Məruzə yuxarıdakı mövzuları əhatə etməlidir.
E-mail: turkoloji100@gmail.com
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.