AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəqşbəndi mürşidi Mir Həmzə Nigarinin xəlifəsi, 1880-ci illərin sonları 1890-cı illərin əvvələrində Qazax və Zəngəzur mahalında fəaliyyət göstərmiş, 1893-cü ildə Qazağın Xanlıqlar kəndində vəfat etmiş Hüseyn Yasari Xülusi İstanbulinin ”Nicati-əbədiyyə” adlı divanının surəti əldə edilib. Əsər nəqşbəndi təriqəti, onun Azərbaycanda yayılması barədə daha ətraflı məlumat əldə etmək üçün dəyərli mənbələrdəndir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.